Mustafa Kamal Atatürkün Cümhuriyyәt elan edilmәzdәn əvvəl respublika ideyasını mənimsədiyini bilirsinizmi?
Mustafa Kamal Atatürkün Cümhuriyyәt elan edilmәzdәn əvvəl respublika ideyasını mənimsədiyini bilirsinizmi?
Ərzurum Konqresindәn üç gün әvvәl Mazhar Müfit bәy Mustafa Kamal Atatürkә belә bir sual verir: ‘‘Milli mübarizənin uğurla nəticələnməsi halında idarәetmә forması necә olacaq?’’. Mustafa Kamal Atatürk Mazhar Müfit bәyin sualını belә cavablandırır: «İdarəetmə forması respublika olacaq’’. Mustafa Kamal Atatürk Mazhar Müfit bәyә bu söhbәtin aralarında qalmasını istәyir.
Mazhar Müfit Kansu ‘‘Әrzurumdan Ölümünәdәk Atatürklә Bәrabәr’’ adlı romanında bu söhbәtә yer verir.
Qeyd edәk ki, 1923-cü ilin 29 oktyabr tarixindә konstitusiyanın birinci maddәsi ‘‘Hakimiyyәt şәrtsiz xalqındır. İdarәetmә forması xalqın taleyini özünün idarәetmәsi prinsipinә әsaslanır. Türkiyә Dövlәtinin idarәetmә forması cümhuriyyәtdir’’ olaraq dәyişdirilir.
