İnsan üçün ən yadda qalan günlərdən biri onun doğum günüdür. Yaşının üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan AVMVİB-in Qubadlı rayon şöbəsinin sədri Eminov Təyyar Vahid oğludur. Bu gün, yanvar ayının 14-ü onun yubileyidir — 60 yaşı tamam olur. Belə bir əlamətdar gün münasibətilə xalqına və torpağına bağlı gözəl insan, yaxşı ailə başcısı Eminov Təyyar Vahid oğlunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, yubilyara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməz nailiyyətlər arzulayır.
Eminov Təyyar Vahid oğlu 14 yanvar 1964-cü ildə Qubadlı rayonunun Mahmudlu kəndində zəhmətkeş ailədə anadan olub. O, 1981- ci ildə Qubadlı rayonunun Qara İlyasov adına orta məktəbi, 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitrib. 1982- 1984-cü ildə Sovet Ordusunun Ukrayna Respublikas ında yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. Vətnmizin aslan ürəkli övladı könüllü olaraq 1991 -ci ildə Milli Orduya yazlmışdır. 1991-1993-cü illərdə Azərbaycan Ordusun un döyüş bölgələrində yerləşən hərbi hissələrində taqım komandirinin müavini və komendant vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. O,Azərbaycanin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək ağır yaralanmışdır.
Təyyar Vahid oğlu Eminov 1990-1991-ci illərdə Qubadlı rayonun təmir-tikinti idarəsində mühəndis vəzifəsində işləyib. 1994-cü ildən etibarən Təyyar Vahid oğlu Eminov Qubadlı rayon İcra Hakimiyyətində müvafiq vəzifələrdə calışır. Təyyar Eminov 2004-cü ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qubadlı rayon şöbəsinin sədri vəzifəsindədir.
Təyyar Eminov, Qubadlı rayon İcra hakimiyyətində və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinndə işlədiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, eləcədə ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.
Eminov Təyyar Vahid oğlu Azərbaycan Ordusunuda xidmət etdiyi, Qubadlı rayonun İcra Hakimiyyətində və AVMVİB-in Qubadlı rayonun şöbəsində sədir işlədiyi müddət ərzində xüsusiilə fəriqləndiyinə görə Midafiə Nazirinin, Azərbaycan Ordusunun Baş qərargah rəisinin, Qubatlı Rayon İcra Hakimiyyətinin Başçısının, Korpus və Hərbi hissə komandirlərinin əmirləri ilə AVMVİB-nin isə İdarə Heyətinin qərarı ilə bir sıra medallarla, müvafiq döş nişanları təltif edilib, bir cox fəxrı fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
YUBİLEYİN MÜBARƏK OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!



