AVMVİB-in könüllü əməkdaşı Universitetin Fəxri Diplomuna layiq görüldü

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) ictimai əsaslarla fəaliyyət göstərən jurnalisti, AVMVİB-in mətbu orqanı www.veteran.az saytının redaktoru Nurlan Məmmədov Fəxri Diploma layiq görülmüşdür.

AVMVİB-in jurnalist əməkdaşı, eyni zamanda Pedaqogiika və psixologiya kafedrasının doktorantı və müəllimi Nurlan Məmmədov 2023-cü ilin nəticələrinə görə «İlin gənc tədqiqatçı müəllimi» kimi Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev tərəfindən Fəxri Diplomla təltif edilmişdir.

AVMVİB rəhbərliyi və AVMVİB Mətbuat xidməti gənc əməkdaşının bu uğurunu təqdir edir, ona gələcək elmi nailiyyətlərində uğurlar arzulayır.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: