«Müharibə veteranı» təqaüdünün artırılmasına baxıla bilər»

Vətən müharibəsi iştirakçılarına ödənilən vəsaitin artırılıb-artırılmayacağı məsələsinə aydınlıq gətirilib.

Fedai.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

O bildirib ki, hazırda həmin şəxslərə 80 manat məbləğində vəsait ödənilir: «Nazirlik tərəfindən qazilərin müvafiq iş yerləri ilə təmin olunması istiqamətində iş aparılır. Əhaliyə ödənilən sosial ödənişlərin artırılması fonunda bu məsələyə də baxıla bilər». (Apa)

Bu xəbəri paylaşın: