Tarixdə bu gün: 17 yanvar

17 yanvar təqvim günündə baş verən əlamətdar hadisələrdən bir qismini təqdim edirik.

17 yanvar 1605-ci ildə ilk müasir roman olaraq adlandırılan “Don Kixot”un birinci hissəsi İspaniyada dərc olundu. Yazıçı Migel de Servantes romanın ikinci hissəsini isə ancaq 10 il sonra dərc etdirə  bildi.

17 yanvar 1944-cü ildə İkinci Dünya müharibəsinin ən uzun və qanlı toqquşmalarından biri olan “Monte Kassino” müharibəsi start götürdü. İtaliyanın mərkəzi bölgəsindəki Monte Kassino monasdırı və ətrafında artan toqquşmalarda alman hərbi dəstələri 5 ay müddətində müttəfiq qüvvələrin irəliləyişinin qarşısını aldı. Müharibədə iki tərəfdən də təqribən 75 min əsgər həyatını itirdi.

17 yanvar 1995-ci ildə Yaponiyada Kobe şəhəri 7,2 bal gücündə zəlzələ ilə sarsıldı. 6 min 434 nəfərin həyatını itirdiyi, 40 mindən çox insanın xəsarət aldığı təbii fəlakətin ölkəyə verdiyi maddi zərər 200 milyard dollar oldu.

Bu xəbəri paylaşın: