Türkiyenin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyenin ilk kosmonavtı Alper Gezeravcının da üzvü olduğu Ax-3 uçuşu yanvarın 19-na qədər təxirə salındığını açıqlayıb.
Türkiyenin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyenin ilk kosmonavtı Alper Gezeravcının da üzvü olduğu Ax-3 uçuşunun yanvarın 19-na qədər təxirə salındığını açıqlayıb.
Nazir Mehmet Fatih Kacır rəsmi »X» internet səhifəsində etdiyi paylaşımda Türkiyenin ilk insanlı kosmos missiyasının təxirə salındığını bildirdi.
«İlk astronavtımız Alper Gezeravcının kosmosa edəcəyi səyahət təxirə salınıb. Kosmik səyayət yanvarın 19-da Türkiye vaxtı ilə saat 00.49-da baş tutacaq. Bu müddət ərzində texniki yoxlamaların tamamlanması planlaşdırılır. Kosmonavtımız Gezeravcının bu tarixi missiyanı uğurla yerinə yetirməsini həyəcanla gözləməyə davam edirik”,-deyə Mehmet Fatih Kacır qeyd edib.