«21 günə Həyatını Dəyiş» kitabından maraqlı sitatlar

Həyat özünüzü sevmək üçün ucu-bucağı olmayan bir fürsətdir: keçmiş, indi və gələcək.21 günə Həyatını Dəyiş, Luiza Hey


  • Sevginizi başqaları ilə paylaşın. Çünki başqalarına bəxş etdiyimiz hər şey qat-qat çoxalaraq özümüzə qayıdır.
  • «Etməliyəm» sözünü «edə bilərəm» sözü ilə əvəz edin.«Edə bilərəm» deməklə özünüzə seçim fürsəti yaradırsınız və seçim edə bilmək azadlıq deməkdir.Biz dərk etməliyik ki,bu həyatda etdiyimiz hər şey seçim əsasında edilir.Həqiqətən də, heç bir şeyi mütləq «etməli» deyilik.Biz hər zaman seçim edə bilərik.
  • Özünü sevmək- həm daxilən, həm də zahirən özünüzlə bağlı hər şeyə böyük hörmət göstərmək deməkdir.
  • Həyatımızda nələrin qaydasında getmədiyini və bu həyatda nələri əldə etmək istədiyimizi bilirik, lakin bütün bunlara nələrin mane olduğunu bilmirik.
  • Hər birimizin özünü daha çox sevmək qabiliyyəti var. Hər kəs sevilməyə layiqdir. Hər kəs yaxşı yaşamağa,sağlam olmağa sevməyə,sevilməyə və inkişaf etməyə layiqdir. Hər birimizin içindəki balaca uşaq böyüyüb möhtəşəm bir yetkin insana çevrilməyə layiqdir.

Sevgi çox böyük və xariqüladə bir məlhəmdir. Özümüzü sevərək həyatımızda möcüzələr yarada bilərik.

  • Həyatınızda baş verən hər şey sizin güzgünüzdür-sizin kim olduğununuzu göstərir. Güzgü sizin görünüşünüzü, obrazınızı əks etdirdiyi kimi,yaşadıqlarınız, yəni təcrübələriniz də sizin daxili düşünlərinizi,yəni fikir və təsəvvürlərinizi əks etdirir.
  • İçinizdəki uşağı sevin.Çünki qorxan siz deyilsiniz, içinizdəki uşaqdır, inciyən siz deyilsiniz, içinizdəki uşaqdır, nə edəcəyini bilməyən siz deyilsiniz, içinizdəki uşaqdır. İçinizdəki uşağın yanında olun,ona sahib çıxın. Onu sevin,bağrınıza basın,ehtiyac duyduğunu ona verə bilmək üçün əlinizdən gələni edin. Nə olur olsun, hər zaman içinizdəki uşağın yanında olacağınıza onu inandırın. İnandırın ki,onu heç vaxt tərk etməyəcək,yaxud tənha qoymayacaqsınız. İnandırın ki,siz onu hər zaman sevəcəksiniz. daha az
  • Biz dərk etməliyik ki, bu həyatda etdiyimiz hər şey seçim əsasında edilir. Həqiqətən də, heç bir şeyi mütləq «etməli» deyilik. Bir hər zaman seçim edə bilərik.
  • Halbuki nəyisə boşlamağa, azad etməyə, sözün əsl mənasında, hazır olanda bu prosesin necə asanlıqla baş verməsinə özünüz də heyrət edəcəksiniz.
  • Bəli,bu bir həqiqətdir ki,biz özümüzü mühakimə etməyi dayandıranda, həqiqətən də,özümüzü sevirik.
  • Özünüzü sevə bilməyin ən yaxşı üsulu keçmişin bütün «tullantıları»nı beyninizdən təmizləməkdir: özünümühakimələri unudun. Unudun ki, indiki anı yaşaya biləsiniz.
  • Özünü sevmək- SİZ olmağın sevinci ilə ürəyinizi coşduracaq qədər özünüzə verdiyiniz dəyərdir.
  • Özümə verə biləcəyim ən böyük töhfə təmənnasız sevgidir.Özümü məhz olduğum kimi sevirəm. Artıq özümü sevmək üçün mükəmməlləşməyimi gözləmirəm.
  • Sevgi ən təsirli və şəfaverici qüvvədir. Siz sevginizi bütün dünyaya buraxa və qarşınıza çıxan hər kəslə dinib-danışmadan paylaşa bilərsiz. Özünüz sevin. Bir-birinizi sevin. Bilin ki, biz hamımız birik.
  • Hər kəs sevilməyə layiqdir. Hər kəs yaxşı yaşamağa, sağlam olmağa, sevməyə, sevilməyə layiqdir.Hər birimizin içindəki balaca uşaq böyüyüb möhtəşəm bir yetkin insana çevrilməyə layiqdir.
  • Həyatın qaydaları çox sadədir.Başqalarına ötürdüyümüz hər şey özümüzə qayıdır.
  • Özümüzü olduğumuz kimi sevməyi və qəbul etməyi bacaranda şikayətlənməli bir şey qalmır. Əgər biz özümüzü incitmiriksə,başqalarını da incidə bilmərik.

Bəzən biz həyatımızı yaxşılaşdırmaq üçün səy göstərmək, əmək sərf etmək istəmirik, çünki düşünürük ki, yaxşı yaşamağa layiq deyilik. Bu cür fikirləşməyimizin səbəbi erkən uşaqlıq dövründə yaşadıqlarımızla bağlı ola bilər.
BAŞQASININ BİZİM ÖZ REALLIĞIMIZLA HEÇ BİR ƏLAQƏSİ OLMAYAN FİKİR VƏ TƏSƏVVÜRLƏRİNİ ÖZÜMÜZLƏ ƏLAQƏLƏNDİRMİŞ OLA BİLƏRİK.
Layiq olduğunuzu düşünsəniz də, düşünməsəniz də, özünüzə HƏYATIN YAXŞI TƏRƏFİNİ QƏBUL ETMƏK İZNİ VERİN.

Mart Bənövşələri, Sarah Jio

Bu xəbəri paylaşın: