İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Kəlbəcərli seçicilərlə görüş keçirildi

2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Tərtər rayonunda Məcburi köçkünlər üçün salınmış Şıxarx qəsəbəsində və ətraf ərazilərdə yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirildi.

Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, Qazilər və və rayon sakinləri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.

Görüş zamanı çıxış edən natiqlər bildiriblər ki, bu seçkilər müstəqillik tariximizdə bütün ərazilərimizdə keçiriləcək ilk seçkilər olacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində və 2023-cü il Lokal xarakterli antiterror əməliyyatları zamanı əldə etdikləri bu qələbədən sonra bütün ərazilərimiz erməni separatçılarından azad edildi, Azərbaycanın dövlət bayrağı Xankəndində ucaldıldı, suverenliyimiz tam bərpa olundu. Bu reallıq partiyamızın namizədi, liderimiz cənab İlham Əliyevin seçki şuarında da əks olunur: Qalib Xalqın Qalib Lideri. Biz inanırıq ki, seçicilərimiz seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə daha həvəslə qatılacaq.

Çıxış edən seçicilər vurğulayıblar ki, cənab prezident İlham Əliyevin alternativi yoxdur, biz bu seçkilərdə tək namizd kimi xalqımızın lideri İlham Heydər oğlu Əliyevi görürük. Hər birimiz seçki məntəqələrinə gələrək bayram əhvali- ruhiyyəsi ilə “Qalib xalqın qalib Lideri» nə öz səsimizi vərəcəyik!

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Bu xəbəri paylaşın: