AVMVİB 20 Yanvar Ümumxalq Hüzn Gününü Şəhidlər Xiyabanında andı

20 Yanvar faciəsinin 34-cü ildönümündə Şəhidlər Xiyabanı memorial kompleksində anım tədbiri keçirilib.

 AVMVİB Rəhbərliyi və müharibə veteranları izdihamlı bir axınla Şəhidlər Xiyabanına gedərək şəhid məzarlarını yad etmişlər. Müharibə veteranları şəhid məzarlarına tər qərənfillər düzüblər.

AVMVİB sədri F. Rzaquliyev qeyd etdi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 20 Yanvar Zəfər yolumuzun başlandığı bir nöqtədir. Biz düşmənin və Sovet imperiyası adlanan mənfur bir imperiyanın ölkəmizə bu təcavüzünü heç zaman unutmamalıyıq.

Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş şəhidlərin xatirəsinə ucaldılan abidə də ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Bu xəbəri paylaşın: