Daşkəsən rayon Quşçu kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Daşkəsən rayon Quşçu kəndində yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirilib.

Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Təbliğat-təşviqat qrupun üzvü Mirzəli Məmmədov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər.

İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş zamanı Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycanın qazandığı əzəmətli qələbələrdən, nailiyyətlərdən danışıblar. Çıxış edən natiqlər Azərbaycanın daha da yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin etmək və bu hədəflərin reallaşdırılması üçün bütün seçiciləri Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirdə çıxış edən seçicilər artıq öz seçimlərini etdiklərini, Kəlbəcərlilərin tək seçimi «Xalqın Qalib oğlu, Qalib Lideri» Müzəffər Ali Baş Komandan İlham Əliyev olduğunu bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Bu xəbəri paylaşın: