Müharibə veteranlarına və ailə üzvlərinə hansı vergi güzəştləri tətbiq olunur?

Atam Qarabağ müharibəsi veteranıdır və hal-hazırda həyatdadır. Mən özüm dövlət işində işləyirəm. Bilmək istəyirəm, atamın veteranlığı mənim vergidən azad olunmağım üçün əsasdır?

Fedai.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Bu xəbəri paylaşın: