Sovet Qoşunların Əfqanıstandan çıxarılmasının 35-ci ildönümü ilə əlaqədar Göygöl rayonunda  tədbir keçirlib

Əfqanıstan müharibə  veteranlarının  bölgə sədri  istefada olan polis polkovniki Şəmil Həsənovun    təşkilatçılığı ilə fevral ayının  15-də Göygöldə  sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 35-ci ildönümü ilə bağlı  tədbir keçirildi.

Tədbirdən əvvəl tədbir iştirakcıları Ümummilli Lider Heydər Əliyevin  xatirəsi alınıb büstü üzərinə  gül dəstəri qoyub.sonra isə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü  uğrunda canından kecmiş  qəhrəman şəhidlərin  xatirəsi  ehtiramla yad edib,məzarları  üstünə gül dəstəri qoyublar.   

 

Tədbirdə Göygöl  rayon icra hakimiyyətinin Vətən Müharibəsi  Veteranları və şəhid ailələri ilə   işin təşkili şöbənin müdiri Sərdar Babayev, həmin şöbənin  böyük məsləhətçisi Sadiq Abbaszadə,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov, şəhid ailələri və müharibə  veteranlar iştirak ediblər. Öncə ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda və  Əfqanıstan müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirlib.

 

Öncə Əfqanıstan Müharibəsinin bölgə  sədri Həsənov Şamil  Bayram oğlu çıxış edərək bildirdi ki, 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək keçmiş Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyat keçirib. «SSRİ-nin tərkibində olan keçmiş sovet respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 mindən çox hərbçi Əfqanıstandakı əməliyyatlarda iştirak edib. On illik Əfqanıstan müharibəsində 9000-dən artıq azərbaycanlı  iştirak edib. Onlardan 208-i müharibədə həlak olub, 420 nəfər əlil olub, 7 nəfər isə itkin düşüb.

Əfqanıstan müharibəsində döyüşmüş azərbaycanlılar da çoxsaylı qəhrəmanlıq nümunələri göstəriblər. Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçıları Qarabağ müharibəsində də torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşüblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfər ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri igidliklərə görə Azərbaycanın Milli Qəhrəmanı adına, yüzlərlə veteran isə müxtəlif orden və medallara layiq görülüblər. Azərbaycanlı veteranların fədakarlıqları gənclərimiz üçün əsl qəhrəmanlıq örnəyidir».
Xidmət rəisi bu gün ölkəmizdə 7 minə yaxın Əfqanıstan müharibəsi veteranının olduğunu, onların cəmiyyət həyatında fəal iştirak etdiklərini və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfələr verdiklərini vurğulayaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyev Əfqanıstan müharibəsinin iştirakçılarına yüksək diqqət və qayğı göstərib. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Cıxış edənlər bildirdilər ki, Əfqanıstan müharibəsinin başa çatmasından 35 il keçməsinə baxmayaraq həyatımızın unudulmaz mərhələsi kimi yadda qalıb.Azərbaycanda Əfqanıstan müharibəsi veteranlarına göstərilən hərtərəfli diqqət və qayğıdan,
«Əfqanıstanda gedən müharibə illərində beynəlmiləlçi döyüşçülər əvəzsiz döyüş təcrübəsi qazanmasından, adlarını qəhrəmanlar sırasına yazdırmalarlnan söz acıblar.
 Prezident İlham Əliyev şəhid ailələrinə, veteranlara qayğı göstərilməsini, onların sosial-məişət problemlərinin həllini daim diqqət mərkəzində saxlanmasından danışdılar.
Çıxışlardan sonra bir sıra müharibə veteranları fərmanlarla təltif olunudu eləcə də   tədbirdə iştirak edənlərlə birgə  xatirə şəkili cəkildi.

Нет описания.


Bu xəbəri paylaşın: