Doqquz ya da yeddi aylıq doğulan insanoğlu heç xilas ola bilməz rəqəmlərədən ömrüncə. Dərhal kilosu deyilər anaya, sonra boyu ataya. Əslində yalnız körpədir əvvəlcə. Əvvəllər neçə günlük olduğu soruşular, sonraları neçə aylıq və sonunda bir yaşındadır.
Rəqəmlərlə qucaqlaşmanın birinci yaşı qeyd olunar həvəslə böyük bir şam işığında. Və bu təkrarlanar bezmədən, usanmadan hər il böyük bir etina və hətta diqqətlə.
Hər an dəyişər rəqəmlər, kilo artar… boy uzanar… ayağın belə bir ölçüsü olar böyüdükcə. Üç yaş Bağça vaxtının yetişdiyini müjdələr, yeddisə çox gecdir məktəbə başlamağa. Yetişər insan on birinə, bu qısa kimi görünən uzun vaxt yenə bir çox rəqəm olar insanın kiçik bədənində…
Dərs saaatı vardır hər səhər, nahar zamanı, günorta, axşam yeməkləri bir də. Və sonunda göz qapaqlarının bağlanacağı saata gələr sıra heç usanmadan hər gecə…
Suallar heç bitməz: «neçənci sinifdəsən?», «neçə yaşın var?», «yaxşı, qiymətlərin neçədi?»…
Bəli 365 gündür 1 il və 52 həftə, bu qədər sadədir hər şey, amma bitməz suallar…
«Neçənci prospektdə?», «neçənci küçədə?», «neçə nömrəli evdə?», «neçə müddətdir?», «neçə nəfərsiniz ailədə?», «ayda nə qədər qazanırsan?»- söyləsənə…
«Ev nömrən neçədi?», «bəs iş nömrən?», «hə bir də mobil nömrəni ver»…
Artıq tapmaq çox asan hər kəsi, bəlkə də ona görə dəyərsiz hər kəs hər kəsin gözündə. Hər kəs bir «rəqəmlər siyahısı» artıq və hər kəsinki sıfırla başlayır bilməm nədənsə…
Neçə konturun qaldısa o qədər cümlə qurmağın lazımdır, məsələn.
Sıfır bədən olmağa çalışan qızlar bir nömrə böyük bədən eşqlərə həvəsli nədənsə…
Hər gün neçə kalori alması lazım olduğunu belə hesablayan insaoğlu, əslində rəqəmsal bir böhranda…
Ən kiçik rəqəmlər həmişə il əvvəlində açıqlanar, məmuradır elan, qəbul edər çarəsizcə…
Neçə sıfır atarsan at puldan, qiymətlidir puldkı rəqəmlər bütün rəqəmlərdən, ürəkdə və beyində…
5 vaxt namaz, 30 gün oruc, pozsan oldu 61, şanslıysan 10 gün də Həcc.
Neçə daş atacağın belə məlum şeytana, ziyarət et Kəbəni bilməm neçə dəfə…
Hesabla hər il fitrəni, zəkatını, nə zaman gələcəyi bilinməz Əzrailin…
Əl çək artıq bu rəqəmlərdən, məncə.
«Neçənci qəbirdə yatacam?», «neçə adam gələcək cənazə namazıma?», «bəs kəfən neçə metr olacaq?» «o gün ölən neçənci insanam görəsən?», «neçə gün davam edər arxamdan ağlamalar, görəsən?»
…Və sonunda yenə bir rəqəmdir insanoğlu əslində. Çünki… çünki bu səfər də ruhuna fatihə oxunar 3 dəfə …