AVMVİB sədri Aqil Məmmədovu təbrik etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Milli Məclisin deputatı, ictimai-siyasi xadim Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş «Heydər Əliyevin 100 illiyi (1923-2023)» yubiley medalı ilə təltif olunnması münasibəti ilə təbrik edib.

Aqil Məmmədov çox təcrübəli, bilikli, vətənpərvər və fəaliyyətində uğurlar qazanmış millət vəkilidir. Aqil Məmmədov hər zaman öz seçiciləri ilə sıx təmasda və əlaqədə olan deputatdır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri adından təbik edirəm. , can sağlığı, uzun ömür, həyatı və fəaliyyətində uğurlar arzu edirəm.

Hörmətli deputatın bacarığını ölkə başçısı, cənab Prezident İlham Əliyev də yüksək dəyərləndirərək Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş «Heydər Əliyevin 100 illiyi (1923-2023)» yubiley medalı ilə təltif etdi.

Aqil Məmmədov daim şəhid ailələri və qazilərimizin yanında olmuş, hər zaman onların qayğısına qalmış və problemlərinin həllinə köməklik göstərdiyi üçün Prezident cənab İlham Əliyev millət vəkilini «Heydər Əliyevin 100 illik » medalı ilə təltif etməsi xəbəri həm də yüzlərlə şəhid ailəsi və qazilərimizi də sevindirmişdir.

Bu xəbəri paylaşın: