Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbələri Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində şəhid olmuş əsgərlərimizin dəfn mərasimlərində iştirak etməklə yanaşı olduqları hər yerdə öz mövqelərini bildirməkdədirlər.

AVMVİB Tovuz, Goranboy, Zəngilan, Biləsuvar, İmişli və digər rayon şöbələri Vətənin azadlığı uğunda hər an döyüşə hazır olduqlarını bəyan edirlər. Allah şəhidlərimizə rəhmət eləsin!Başın sağ olsun, Vətən!
Nurlan Məmmədli
