Adi bir döyüş hadisəsi bir daha sübut etdi ki, şeşələnmək üçün «jurnalist olmuş» Əli Həsənovun jurnalist eskodreliyası bu dəfə də informasiya savaşında bir heç olduğunu sübut etdi. «Şok-xəbər, xoş xəbər» jurnalistikası qapdığı hər bir informasiyanı yoxlamadan yaymaqla, özləri cəhənnəm, ölkəmizi gülüş hədəfinə çeviriblər.

Mən deyəndə ki, təhsili olmayanları informasiyanın başına keçirmək olmaz, bəzilərinin xatirinə dəyir. Hələ üstəlik, özlərinə ad da veriblər, yarısı media kapitanı, o biri yarısı isə media reketləri olublar. Mən deyəndə ki, bizim jurnalistikanın «cüzi bir problemi» var, inanmırdılar. O problem bilirsinizmi nədir? Jurnalistlərimiz yazmağı və oxumağı bacarmırlar. Bəli bu Əli Həsənov və onun K-sının uzun illik əkdikləri söyüdlərin bəhrələridir. Sağlığınıza qismət. Mən yazanda ki, «Azərbaycan jurnalistikası cəlladını sevən məşuqəyə oxşayır» yaza bilməyən jurnalistlər məndən incmişdilər.
İndi isə keçək oxucu cəlb etmək üçün hotel önündə dayanan «mini yubkalı jurnalistikamızın» informasiya savaşında düşmən dəyirmanına su tökməklərinə. Erməni M. Simonyanın «Sputnik»i bu siyahını 4 aprel 2016-cı ildə dərc etmişdi və bu «Simonyan siyahısı» adlanırdı:
(https://ru.armeniasputnik.am/karabah/20160404/2756105.html).
O dəmlər də ermənilər, öz itkilərini azaltmağa çalışırdılar və mən hərbi «rassçet» əsasında bu itkilərin 520-600 nəfər olduğunu yazmışdım (Modern.az).
Bu fakta ağız büzənlər vardı, Nikol Paşinyan Aprel döyüşlərini araşdırmaq üçün komissiya yaradandan sonra öz təsdiqini tapdı. Aprel müharibəsini araşdıran istintaq komitəsinin sədri Andranik Koçaryan mətbuat konfransında demişdi: “Biz 2016-cı ilin aprelində 547 nəfər əsgər və zabit itirmişik.”Andranik Koçaryan bu günə qədər itkilərin gizli saxlanılmasını belə izah etmişdi.
”Hazırda komissiya Aprel müharibəsi üzrə istintaq komissiyası çərçivəsində çox ciddi addımlar atır. Komissiya əsasən hazırlıq mərhələsini keçmişdir. Biz ciddi araşdırma aparırıq. Etiraf edirik ki, aprel savaşında itkilərimiz olduqca çox olub. Bu savaşda 547 nəfər itirmişik. Bu günə qədər bu nəticə indi açılır. Bunu gizlin saxlanılması hakimiyyətin planının tərkib hissəsi olub“ – deyə Koçaryan bildirmişdi.

Düşmənin sirlərini açmaq üçün sadəcə informasiya axınını tutmaq lazımdır. Hazırda cəbhədə baş verən hadisələr və yenə ənənəvi bir şəkildə ermənilərin öz itkilərin gizlətməsi bizdə çaş-başlıq yaradıb. Bu üsuldan Azərbaycan 2016-cı ildə istifadə etmişdi və ermənilər bir-neçə informasiya qaynağını deşifrə etməyə məcbur olmuşdu. Onlardan biri Xəzər Hərbi Araşdırmalar İnistitutu adlanırdı. «96 saatlıq hərbə hazırlıq» (2016-cı il) adlı yazıda yazmışdım: «Hadisənin ilk günü erməni tərəfin Azərbaycanın 84 nəfər itki verdiyini bəyan etməsindən dərhal sonra Almaniyada sığınacaq tapmış miqrantlar, “Xəzər” Hərbi Araşdırmalar İnstitutu adlı bir qurum və “Meydan TV” birgə səylə, xüsusi canfəşanlıqla şəhid siyahısı hazırlamağa girişdilər.
İlkin siyahı öncə 82 nəfər, daha sonra 87 nəfər və sonra 93 nəfərə çatdırıldı. Bu siyahıya Tovuz, Qazax bölgəsində hadisələr ərəfisində şəhid olmuş 6 nəfərin, Gədəbəy bölgəsində həlak olmuş 4 nəfərin, Beyləqan bölgəsində həlak olmuş 2 şəhidimizin, hospitalda müalicə olunan yaralı Aydın Həsənovun da adını salmışdılar».
Düşmən öz gizli informasiya resurslarını bu yolda deşifrə etməyə məcbur oldu.
Bu gün erməni tərəf Müdafiə nazirliyinin informasiyası ilə kifayətlənir, amma bizim «həsənovçu» jurnalistikamız, güya daha çox informasiyaya sahinblik etmək istəyirlər. Belə məqamda «tamahkarı yalançı aldadır» və Marqonun siyahısını qoltuqlarına verib, «mənzil növbəsinə» yollayırlar.
Azərbaycan jurnalistikası, hələ də dezinformasiyanın savaş şəraitində necə təhlükəli olduğunu və cəmiyyəti necə öz məngənəsinə aldığını anlamırlar. Çünki bizim jurnalistlər arasında bi sahədə püxtələşmiş bircə nəfər də tanımıram. Bəziləri elə düşünürlər ki, müharibə haqqında inşa yazmaqla informasiya savaşı aparırlar.

Müasir dövrdə qəsd nəzəriyyələri informasiya ekosisteminin tərkib hissəsinə çevrilib. Mətbuat orqanları (KİV-lər) və blogerlər onları yayır, bu məlumatlar sosial şəbəkələrdə, xüsusən də Facebook-da tirajlayır, məşhurlar, məmurlar daxil hər kəs bu informasiyalara inanır. Əslində dezinformasiya yaymaqla, düşmən cəmiyyət daxilində xaos yaradan bütün nöqtələri hədəfə götürür. Xüsusən də pandemiyadan sonra qaçılmaz olacaq resessiya dövründə — qeyri-müəyyənlik və yoxsulluq fonunda qəsd nəzəriyyələrinin sayı və əhatə dairəsi artacaq, hətta siyasətə də təsir edəcək: Çünki rifahın və sosial müdafiənin azaldığı dönəmlərdə qəsd nəzəriyyələri çoxalır. Bu sahədə təcrübəli olanlar, cəmiyyətlərə istədikləri mesajları ötürə bilirlər. Oruell deyirdi ki, informasiyaya hökm edənlər, dünyaya hökm edərlər. Bu gün isə dezinformasiya yaya bilənlər dünyanı alt-üst edə bilərlər.
Ona görə də elektron poçtunuza gələn, «Whatsapp»-da, «Facebook»-da və «Twitter»-də rastınıza çıxan yeni xəbərləri yaymağa tələsməyin. Çünki dezinformasiyaya qarşı mübarizə, belə məqamlarda əl saxlamaq, araşdırmaq və düşünməkdir. Sizə gələn mesajları paylaşmazdan əvvəl onun feyk olma ehtimalını götür-qoy edin; şübhə doğuran məqamlar varsa, göndərməyin. Əlinizə keçən informasiyanı tirajlamazdan əvvəl özünüzə sual verin — bu xəbərin mənbəyi varmı?
Dünən bizim media «kaptan»larının əldə etdikləri gəbərmiş erməni leşlərinin siyahısını araşdırmadan dərc edən saytlar azca sonra düşmənin lağ-lağı hədəfinə çevriliblər. Deməli, elə bu feyk informasiyanı kərəmətimizə bələd olan düşmənlər ötürüblər.
Ona görə də rəsmi informasiyalara üstünlük verilməlidir. Azərbaycan Müdafiə nazirliyi verdiyi informasiyalara qane olmayanlara bir video da ünvanladı. Lakin bunu qanmaqdan çox uzaq olan şadxəbər-bəd xəbər jurnalistikamız öz parametrlərinə uyğun itkilər axtarışına girişdilər. Bunlar vurulan qərargahda neçə nəfərin olmasını və o hücumdan neçə nəfərin sağ çıxma ehtimalını araşdırsaydılar, 20 km-dən artıq məsafədə zirehli hərbi texnikanı və müxtəlif qurğuları, səhra istehkamlarını məhv etməyi bacaran «Spayk-NLOS» (birbaşa görünməyən hədəfi vuran) raket sistemlərinin özəllikləriylə maraqlansaydılar, ən azı qərargahda 7-30 nəfərin ölü və yaralı olmasını əminliklə yaza bilərdilər. Spike NLOS (İngilis dilində non-line of sight (qeyri-xətti — qapalı mövqelərə atəş; «Tamuz» adı ilə bəllidir) — radiusu 25 km-dək olan, optik görücülü tank əleyhinə raket , gözlə görünməyən hədəfləri məhv etmək üçün istifadə olunur. Kütləsi — 70 kq-dır. Vurulan obyektdə hərbi hissə yerləşirdi.

Bu nüansı da diqqətdə saxlamaq lazımdır: «Tovuzdakı insidentlə Yura Xaçaturovu əlaqələndirən səbəb, onun oğlu Qriqori Yuraeviç Xaçaturovdur. Belə ki, general-mayor Qriqori Xaçaturov hazırda Ermənistan ordusunun 3-cü korpusunun komandirdir. Bu korpus isə Azərbaycan-Ermənistan sərhəddinə Qazax rayonundan Daşkəsən rayonuna qədər olan istiqamətdə nəzarət edir. Ermənistan ordusunun tərkibində sayca ən böyük hərbi birlik olan 3-cü korpusun qərargahı Vanadzor şəhərində yerləşir. Korpusun tərkibinə daxil olan 246-cı moto-atıcı alay İcevan, 543-cü moto-atıcı alay Noyamberyan və 549-cu moto-atıcı alay isə Gədəbəy rayonu ilə üzbəüz yerləşən Çəmbərək şəhərində yerləşir. Mövcud ərazidə yerləşən alaya daxil olan istənilən taborda 300-1300 şəxsi heyətin olmasını fərz etsək, vurulan qərargahda təkcə növbətçilərin sayı da daxil olmaqla, qərargahda ən azı 35-40 nəfər olması ehtimal olunandır. Endirilən zərbə ən azı bu heyətin 50-60%-ni məhv edə və əlilə çevirməyə qadirdir. Bu isə 17-24 nəfərin məhv edilməsi deməkdir. Bu aktiv döyüş əməliyyatlarından kənar itkilərdir. Öncə aktiv döyüşlərdə itki olmadığını deyən Ermənistan MN sözçüsü Şuşan Stepanyan, artıq 5 yaralı haqqında məlumat verir. Adətləri üzrə tezliklə, daha artıq, ən azı 25-35 nəfər leşin olduğunu bildirən məlumatlar verəcəklər. Düşmənin azğınlaşması elə bununla bağlıdır.
Faktiki olaraq, qonşuya quyu qazıb özü düşən Ermənistan düşdükləri durumla barışa bilmirlər. KTMT-ni bu münaqişəyə cəlb etmək niyyətləri də fiaskoya uğradığı ortadadır. Düşmən tərəfinin bu hücuma məqsədli surətdə hazırlaşmasını sübut edən dəlillər ortaya çıxmaqdadır. İyulun 11-də Ermənistanın fövqəladə hallar naziri Feliks Çolakyan bu ərazidə yerləşən Tavuş rayonuna gəlib. Çolakyan nazirliyin rayondakı bölməsi ilə tanış olaraq, onlara ekstremal vəziyyətdə həyata keçirilməli olduqları bəzi tapşırıqlar verib. Yəni düşmən məqsədli şəkildə fövqaladə vəziyyətə hazırlaşdığı ortadadır. Yəni məkrli düşmən bir həmlə ilə bir neçə hədəfi vurmaq istəməsi görünür. Bölgəyə KTMT-nin, Rusiyanın diqqətini cəlb etməklə, əsas məqsəd Azərbaycan Ordusunun diqqətini işğal ərazilərindən yayındırmaqdı…
Bir daha xatırladım ki, informasiya əldə etmək məqsədiylə düşmən saytlarını, həm iqtidar, həm də müxalif olanları incələdim. Yalnız MN-nin Şuşan axçinin ağzıyla verdiyi yalan informasiyadan qeyri bir məllumata rast gəlmədim. Şuşan Stepanyanın feyk xəbərləri öz yaydığı fotolarla ifşa etmək olar.
(ԱԻ նախարար Ֆելիքս Ցոլակյանն աշխատանքային շրջայց է կատարել Տավուշի մարզ)
Baxın yazır: «Ermənistan Müdafiə Nazirliyi hərbi obyektlərin və zirehli texnikanın azərbaycanlılar tərəfindən vurulması ilə bağlı açıqlamanı gülünc adlandırdı. «Sputnik Ermənistan»ın yazdığına görə, Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şuşan Stepanyan bidirib ki, Azərbaycan hərbi idarəsinin «erməni işçi qüvvəsinin və texnikasının məhv edilməsi» ilə bağlı mesajını şərh edərkən, Azərbaycanın yaydığı səhv məlumat yalnız gülüş doğurur.
Azərbaycan Müdafiə Nazirliyi, guya məhv edilmiş atəş mövqeləri, bir radar stansiyası, hərbi texnika (tank, zirehli personal daşıyıcısı), qərargah və Ermənistan ordusunun 20-dən çox hərbi qulluqçusunun həlak olması barədə məlumat yayıb. «Yayılan məlumatlar tamamilə həqiqətə uyğun deyil və Azərbaycan tərəfinin başqa bir yanlış məlumatdır. Bu, yalnız gülüş doğurur»- deyib.»

Amma Şuşan öz buraxdığı yanlışlardan xəbərsiz bir erməni axmağı olduğunu unudub. Təqdim etdiyi fotoda güya bu evlər artileriya mərmiləri ilə vurulduğunu facebook səhifəsində paylaşıb. Adicə bu foto Şuşan Stepanyanın verdiyi bütün xəbərlərin yalan olmasını sübut etməyə yetər. Fotodan göründüyü kimi bu dağıntı köhnədir və oradan keçən kabel zədələnməyib. Görünən ağacın yarpaqlarının qırılması bir yana, heç üzərinə toz da qonmayıb (Bax foto).

İndi isə «bizimkilərin» Marqarita Simonyan siyaısında olan Aprel döyüşləri zamanı gəbərmiş erməniləri bu günlə bağlayıb yayınlamış saytlar bir daha naşı olduqlarını nümayiş etdirdilər. Onlardan bir-neçə erməni leşi haqqında məlumatı diqqətinizə çatdırıram:
«Капитан Овсеп Киракосян родился 23 августа 1988 года в селе Апага Армавирской области. У него остались старший брат и младшая сестра, а также двое несовершеннолетних сыновей. Предки Овсепа были из города Сасун в Западной Армении. Спас жизни 25-ти своих солдат, а сам погиб во время боевых действий в апреле 2016-го. Atəşi bol olsun!

Меружан Степанян родился 17 января 1993 года. Учился в школе № 42 квартала Муш города Гюмри. После окончания школы поступил в Военный институт имени Вазгена Саргсяна. Меружан очень любил искусство: занимался живописью, играл на свирели, пел. За добросовестную службу был удостоен звания старшего лейтенанта.
В ночь с 2 на 3 апреля 2016 года на боевой позиции Талышской области старший лейтенант Меружан Степанян погиб в неравном бою.

На той же боевой позиции, защищая родину, погибли сослуживцы Меружана: Рафик Акопян, Агаси Асатрян и Виктор Юзихович. Atəşləri bol olsun!»…
Öyrətmək olmasın, istədiyiniz adı və soyadı götürüb araşdırın. Ən yaxşısı, gedib yarımçıq qoyub gəldiyiniz öz peşənizlə məşğul olun!
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

