2 aprel şəhid Etibar Məmişov Xansuvar oğlunun Anım günüdür.
Məmişov Etibar Xansuvar oğlu 10 oktyabr 1971- ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü il aprelin 1-də itkin düşüb.
Xansuvar kişinin ailəsi, məcburi köçkün kimi Göygöl rayonunda məskunlaşıb. Etibarın anası və atası dünyalarını dəyişənə kimi gözlərini Murov dağından çəkməyib, oğlunun yolunu gözləyiblər.
Qeyd edək ki ,.şəhidin bacısı Kəlbəcər rayon 84 saylı orta məktəbin direktoru, AVMVİB-in fəxri üzvü Həqiqət Məmişova, ziyalı və vətənpərvər bir şəxs kimi daim Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin və qazilərin yanınında olub.
Allah şəhidlərimizə rəhmət eləsin!