Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin inzibati binasında təltifetmə mərasimi ilə bağlı tədbir keçirilmişdir.
Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlanmışdır.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə əvvəlcə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin cəmiyyətimizdə tutduğu mövqeyindən və rolundan bəhs etmişdir. Daha sonra bildirmişdir ki, bu tədbir mühüaribə veteranlarına və qazilərimizə göstərilən diqqət və qayğının bariz təzahürüdür. Belə ki, bu günkü tədbirin məqsədi Azərbaycan Vətən Müharibəsi Veteranları İctmai Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, ehtiyatda olan zabit, Qarabağ müharibəsi veteranı Altay Babaşovun “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi «Vətən övladı» ordeninə layiq görülməsi ilə bağlıdır.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirin daşıdığı ictmai əhəmiyyətinə toxunmuş, müharibə veteranlarımıza və qazilərimizə diqqətin daim yüksəkdə saxlanılmasının, bu işdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin davam etdirdiyi sosial islahatlar proqramının əsas hədəflərindən birinin də məhz müharibə veteranları, şəhid ailələri və qazilərimiz olduğunu diqqətə çatdırmışdır.
«Dədə Qorqud” Milli Fondunun təsisçisi və prezidenti Eldar İsmayılov çıxış edərək mükafatın daşıdığı mənəvi əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırmış və Altay Babaşovun bu mükafata ən layiqli namizədlərdən biri olduğunu vurğulamışdır. Natiq çıxşında həmçinin vurğulamışdır ki, yaxın günlərdə «Veteran səsi» adlı jurnalın işıq üzü görməsi Altay Babaşovun rəhbərliyi altında həyata keçiriləcəkdir.
Daha sonra Milli Fondunun təsisçisi və prezidenti Eldar İsmayılov Azərbaycan Vətən Müharibəsi Veteranları İctmai Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Altay Babaşova «Vətən övladı» ordenini təqdim etmişdir.
Çıxış edənlər arasında AVMVİB-in ictimai əlaqələr üzrə sədr müavini İslam Səfərov tədbiri yüksək qiymətləndirmiş, tədbir iştirakçılarına Azərbaycan Vətən Müharibəsi Veteranları İctmai Birliyinin sədri Füzuli Rzaquliyevin salamını və təbrikini çatdırmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, professor Namiq Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyinin Nərimanov rayon şöbəsinin Fəxri üzvü, pedaqoji elmlər doktoru, professor Dilqəm Quliyev, Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, AVMVİB-nin Gənclərlə iş üzrə şöbəsinin müdiri Həsən Əliyev, AVMVİB-in üzvü, müharibə veteranı İradə xanım və digər natiqlər öz nitqlərində Altay Babaşovun ictimai və hərbi-vətənpərvərlik istiqamətində çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirmiş, ona gələcək işlərində müvəffəqiyyətlər arzulamışlar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctmai Birliyinin rəhbərliyi AVMVİB İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Altay Babaşovu «Vətən övladı» ordeni ilə təltif olunması münasibəti ilə təbrik edir, ona fəaliyyətində uğurlar arzu edir.
AVMVİB Mətbuat xidməti