İyul Azərbaycan Polisinin yaranmasının 106 cı il dönümü münasibətilə Zəngilan rayon İcra Hakimiyyəti və Zəngilan rayon Polis İdarəsi ilə birgə Zəngilan rayon Mədəniyyət evində tədbir keçirilmişdir. Tədbirdə Zəngilan rayon İcra başçısı Ramiz Həsənov, rayon icra aparat və şöbə müdirləri, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Rayon polis şöbəsinin rəisi Polis polkovniki Bəkir Cabbarov, müavinləri və şəxsi heyət, rayon güc strukturlarının rəisləri, veteran polislər, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, müavinləri və üzvləri, rayon ziyalıları iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra başçısı Ramiz Həsənov tədbir iştirakçılarını ilk öncə Şəhidlərimizin ruhuna bir dəqiqəlik sayğı dürüşüna dəvət etmişdir. Sayğı duruşundan sonra Azərbaycan Dövlət Himni səsləndirilmişdir. İcra başçısı 106 yaşlı Azərbaycan polisinin keçdiyi Şərəfli yol barədə geniş məruzə etdikdən sonra söz Polis rəisi Bəkir Cabbarova verildi. Bəkir müəllim ilk öncə şəxsi heyətə Azərbaycan Respublikasının Daxili İşlər Naziri General- Polkovnik Vilayət Eyvazovun təbrik məktubunu təqdim etmiş, sonra Zəngilan rayon polis şöbəsinin keçdiyi çətin və şərəfli yoldan bəhs etmişdir. Sonra söz Veteran polis mayoru Oktay Hacıyevə və Polis Polkovnik-leytenantı Bərxudar Cəbrayılova verilmişdir. Veteran polislər də öz ürək sözlərini və xoş arzularını bildirdikdən sonra xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Rayon İcra başçısı Ramiz Həsənov tərəfindən Fəxri Fərmanla təltif olundu. Daha sonra bir qrup polis əməkdaşı Zəngilan rayon Polis rəisi Bəkir Cabbarov tərəfindən növbəti rütbə ilə təltif edilmişdir.
Bayramınız Mübarək əziz Polis işçiləri!
AVMVİB Zəngilan rayon şöbəsinin sədri: Azad Musayev