Zamirə Hacıyevanın işi: Böyük Britaniya “izaholunmaz varidatı” olan əcnəbilərə qarşı ova başlayıb

Azərbaycanın dövlət bankının keçmiş rəhbərinin həyat yoldaşı korrupsiyada şübhəli bilindiyi üçün Britaniyadakı əmlakından məhrum olan ilk əcnəbi ola bilər. Amma son olmaya da bilər

London yüksək məhkəməsi Azərbaycanın dövlət bankirinin həyat yoldaşının səs-küyü işində nöqtəni qoyub və bununla Böyük Britaniyaya köçən korrupsiyaçı və cinayətkarların pulları və evlərinə qarşı ova başlamaq yolunda son maneəni də aradan qaldırıb. Təfərrüatlar BBC-nin materialında.

“İzaholunmaz varidat” haqda qanun

Britaniyalılar Londonun şübhəli kapital üçün xəlvəti liman olmasından narahat idilər. Onlar hakimiyyətdən tələb edirdilər ki, bu vəziyyətə əncam çəkilsin və bir neçə il əvvəl hüquq-mühafizə orqanları daşınmaz əmlak almaqla qanunsuz gəlirlərin leqallaşdırılması ilə mübarizə üçün yeni alət – 50 min funtdan yuxarı aktivləri olan şəxsləri bu əmlakları dürüst yolla qazanılmış pulla aldıqlarını sübut etməyə məcbur edən order əldə etdilər.

Presedent 

Azərbaycanın dövlət bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamira Hacıyeva heç bir gəliri olmadan Londonda dəbdəbəli həyat yaşayıb. Onun həyat yoldaşı daha əvvəl Azərbaycanda dövlət vəsaitini talamaqda ittiham olunaraq həbs edilib.

Bütün bunlar Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyində şübhə doğurub və qadını yeni kampaniyanın ilk səs-küylü işi üçün ideal hədəfə çevirib. Müstəntiqlər çox asanlıqla hakimi Hacıyevanı Londonun dəbdəbəli rayonunda bahalı ev və möhtəşəm əyalətdə qolf meydançası olan malikanə almaq üçün pulu haradan əldə etdiyini açıqlamağa məcbur edən order verməyə razı salıblar. 

Mediada onun bahalı uunivermaqda milyonlarla pul xərclədiyi və şəxsi təyyarə aldığı haqda məlumatları da yayıb.

Uduzulmuş çəkişmə

Hacıyevanın orderi – bu qəbildən olan ilk order – hüquq-mühafizə orqanları tərəfindən 2018-ci ilin fevralında verilib.

Hacıyevanın vəkilləri bildirirdilər ki, onun əmlakı qanuni yolla qazanılıb, onun əri isə dövlət məmuru olmayıb, buna görə də “izaholunmaz varidat” haqda qanun ona şamil edilə bilməz.

Fevralda ikinci məhkəmə instansiyası bu arqumentləri rədd edib və məhkəmə araşdırmasının davam etdirilməməsinə qərar verib – iş artıq həll olunmuş sayılır.

İndi əgər 7 gün ərzində Hacıyeva gəlir mənbələrinin qanuniliyi haqda hakimiyyətə onlar üçün inandırıcı dəlillər təqdim etməzsə, onun daşınmaz əmlakı müsadirə olunacaq.

Bundan sonra nə olacaq?

“Biz məhkəmə qərarından razıyıq. Presedent yaradılıb və bu, izaholunmaz varidatla bağlı orderlər haqda növbəti çəkişmələrdə bizə kömək edəcək”, – Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyin rəhbərlərindən biri Sara Pritçard deyib.

Üç yeni iş yaxın zamanda məhkəməyə gedib çıxmalıdır. Fiqurantların hamısının adı açıqlanmayıb, amma daha əvvəl agentlik nümayəndələri Afrika, Cənubi Asiya, keçmiş SSRİ və Rusiyadan olan insanlara order veriləcəyini vər ediblər./JAMnews/

Bu xəbəri paylaşın: