Türk konsulu öldürən Sasunyan azadlığa çıxa bilər – ABŞ türkləri narahatdır

ABŞ Türk Birliyi 1982-ci ildə Türkiyənin Los Ancelesdəki Baş Konsulunu qətlə yetirən Hampiq Sasunyanın həbsxanadan buraxılmasının qarşısını almağa çalışır.

KONKRET.az xəbər verir ki, Hampiq Sasunyan bu cinayətə görə ömürlük həbs cəzasına məhkum edilmişdi.

ABŞ-ın Türk icmasının nümayəndələri Kaliforniya qubernatoru Kevin Nyusomdan Sasunyanın şərti azadlığa buraxılması ilə bağlı məhkəmə qərarını təsdiqləməməyə çağırıblar. Türk-Amerika Milli Tənzimləmə Komitəsi məhkəmə qərarının ləğv edilməsinə çağıran imza toplama kampaniyasına başlayıb.

Qeyd edək ki, imzatoplama kampaniyasında ABŞ-ın bütün əyalətlərindən olan etnik türklər iştirak edib və Kaliforniyada yaşayanlar tələblərini qubernatora yazdığı məktubda qeyd ediblər.

Bu xəbəri paylaşın: