Təhsil nazirliyindən video çarx: Biz birlikdə güclüyük!

Biz birlikdə güclüyük!

Biz birlikdə güclüyük!#bizbirlikdəgüclüyük

Posted by Azərbaycan Respublikası Təhsil Nazirliyi on 22 Mart 2020, Bazar günü

«Dərs vaxtı»nın 24 mart cədvəli

Martın 24-də “Dərs vaxtı” proqramı çərçivəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən start veriləcək.

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 24-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və «ARB Günəş» kanallarında «Dərs vaxtı» proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi «Youtube» (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı «Facebook» səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/)  izləmək imkanı əldə edə bilərlər.

Bu xəbəri paylaşın: