Türkiyədə koronavirusa görə pulsuz marketlər yarandı

Koronavirus bütün dünya iqtisadiyyatına, o cümlədən, Türkiyə iqtisadiyyatına ciddi ziyan vurub. Bir çox iş yerləri fəaliyyətini dayandırıb, minlərlə vətəndaş işsiz qalıb.

Fedai.az Ednews-ə istinadən xəbər verir ki, bu durumu nəzərə alaraq, Türkiyədə fəaliyyətini dayandıran restoranlar istifadə etmədikləri un, şəkər tozu, pendir, yağ və s.kimi məhsulları yardıma möhtac insanlar üçün formalaşdırılmış sosial marketlərə göndərib. Qeyd edək ki, belə kriz dövrlərində hökumətdən əvvəl vətəndaşlar bir-birilərinə dayaq durmalı, əl uzatmalı, yardım etməlidir.

Bu xəbəri paylaşın: