9-11-ci siniflərin dərsliklərinə erkən nikahın mənfi nəticələrinə dair mövzular daxil ediləcək

9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil ediləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Qərara əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsini, maarifləndirici və metodoloji vəsaitlərin dərc olunmasını təşkil edəcək. Eyni zamanda, erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat aparacaq.

Bu xəbəri paylaşın: