Adı dillərdə, özü yad əllərdə qalan Ağdərə

1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilədək mərkəzi şəhər Stepanakertdən və Şuşa, Mardakert, Mar­tuni, Hadrut, Əsgəran rayonlarından ibarət olub.

Azərbaycan parlamenti 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edəndə Mardakert rayonu Ağdərə rayonu adlandırılıb.

Parlamentin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv olunub. Bu qərara əsasən, Ağdərə rayonunun 8 kəndi Ağdam rayonunun, 23 kəndi Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilib. Hazırda Ağdərənin Tərtərlə həmsərhəd olan bir hissəsi Azərbaycanın nəzarətindədir.

İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.

Azərbaycan Ağdərə əhalisinə daim zərər verməklə düşmən ermənilərə dəstək olub. Bu gün də ərazisi və əhalisi olsa da Ağdərə rayon ərazi və əhali baxımdan 3 rayon arasında bölməklə, rayon əhalisinin inzibati idarəetmədə bir vətəndaşlıq «ögeyliyi» ilə üzləşməkdədir.

P.S. Ağdərə əhalisi döyüşdə də tək buraxılmışdı…

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 6
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •