Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. “Fedai.az” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə avqustun 8-də start verilir.
Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək. Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.