AVMVİB sədrindən Müəllimlər Günü münasibəti ilə təbrik

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 5 oktyabr — Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərə təbrik ünvanlamışdır. Təbrikdə deyilir:

«Ulu Öndərimiz Heydər Əliyev iki peşənin — həm müəllimlərin, həm də hərbçilərin fəaliyyətini müqəddəs hesab etmişdir. Doğrudan da, hərbçilər Vətənin müstəqilliyinin, azadlığının, təhlükəsizliyinin — bu günün keşiyində dayanırsa, müəllimlər də gələcəyimizin, sabahımızın mənəvi keyfiyyətiin, tərbiyənin və xalq üçün, dövlət üçüb layiqli vətəndaşların yetişdirilməsinin — sabahın bünövrəsinin keşiyində dayanır.

Buna görə də, bu peşənin əhəmiyyətini və ucalığını nəzərə alaraq bütün müəllimlərimizi Müəllimlər Günü münasibəti ilə təbrik edir, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıram. Bu gün AVMVİB sıralarında minlərlə müəllim çalışır. Yüzlərlə müəllim Vətən müharibəsi dövründə şəhidlik zirvəsinə ucalmışdır. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah bütün qazilərimizə və Vətən oğullarımıza can sağlığı versin. Allah Ordumuzu və Ali Baş Komandanımız İlham Əliyev cənablarını qorusun!»

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: