Tibbi personalın qazilərimizə göstərdiyi diqqət təqdirəlayqdir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB ) Sabunçu rayon şöbəsinin sədri və üzvləri 18.10.2024-cü il tarixində Sabuncu rayon 3 saylı xəstəxanasında müalicə alan bir qrup müharibə veteranı və qazilərimizi ziyarət edərək onlara baş cəkmişlər.

Ziyarət çərçivəsində xəstəxananın tibbi personalı ilə görüşən təşkilat təmsilçiləri yaradılan şəraitə görə tibbi müəssisənin direktoru Nurəngiz Bəşirovaya öz minnətdarlıqlarını bildirmiş, göstərdiyi diqqət və qayğıya görə Terapiya şöbəsinin şöbə müdiri Hacıyev Orxan Kamran oğluna AVMVİB Sabuncu rayon şöbəsinin Fəxri Fərmanı təqdim olunmuşdur.

Allahdan qazi və veteranlarımıza şəfa,həkimlərimizə işlərində uğurlar arzu edirik.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-10-19-at-11-14-59

Whats-App-Image-2024-10-19-at-11-14-59-1

Whats-App-Image-2024-10-19-at-11-15-00

Bu xəbəri paylaşın: