AVMVİB Naxçıvanda müharibə veteranları ilə görüş keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” adlı layihə çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bölgələrdə veteranlarla görüşləri davam etdirir.

Fedai.az xəbər verir ki, layihə çərçivəsində bu dəfə Naxçıvan Muxtar Respublikasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB Naxçıvan Muxtar Respublika təşkilatının sədri Rövşən İsmayılxanlı, rayonların özək sədrləri, müharibə veteranları və müharibə əlilləri iştirak edirdilər.

Tədbirdə çıxış edən AVMVİB təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov layihənin məqsədi barədə iştirakçılara geniş məlumat verdi. Layihənin icrasının artıq bir çox veteranlarımızın problemlərinin həllində oynadığı müsbət rolundan danışdı. Faktlarla layihə çərçivəsində öz hüquqlarını bərpa edə bilmiş veteranlarımızın bundan sonra da hüquqlarının bərpasına hər vasitə ilə yardımçı olacaqlarını qeyd etdi. Həmçinin, veteranlarımızın mövcud problemləri ilə tanışlıq üçün AVMVİB rəhbərliyinin əlavə bir imkan əldə etdiyini, bu imkanı yaradan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən AVMVİB Naxçıvan Muxtar Respublika təşkilatının sədri Rövşən İsmayılxanlı layihənin həyata keçirilməsinin vacibliyindən danışdı. O, müharibə veteranlarının problemlərinə həsr olunmuş belə layihələrin böyük əhəmiyyəti olduğunu və Naxçıvan Muxtar Respublikasında da həyata keçirilməsinin müharibə veteranları tərəfindən rəğbətlə qarşılandığını bildirdi.

AVMVİB təşkilati məsələlər üzrə sədr müavini V.Abdurəhmanov layihə çərçivəsində Naxçıvan veteranlarını maraqlandıran suallara cavablar verdi. Onların qarşılaşdıqları problemlər öyrənildi. Problemlərin həlli yolları onlara izah olundu. Ən böyük problem maddi imkansızlıq ucbatından müharibə vaxtı aldıqları stres-travmaların və xəsarətlərin daha da şiddətlənməsi ilə əlaqədar olaraq müalicə oluna bilməmələri, döyüşlərdə iştirakını təsdiq edən “müharibə veteranı” vəsiqəsini ala bilməmələri və işsizlik idi. Müharibə veteranı vəsiqələrinin alınması üçün ilkin sənədlərin toplanmasında hüquqi məsləhətlər verildi. Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsinə və nazirliyin “Veteran adlarının və vəsiqələrin verilməsi” komissiyasına onların daxil olmuş ərizələrinin vaxtında cavablanması ücün təşkilat tərəfindən müraciətlər olunacağı bildirildi.

Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkilib.

AVMVİB Mətbuat xidməti

87545678j

h6g7hj89

Bu xəbəri paylaşın: