Şəhid Eminli Rüstəm Mais oğlunun mövlüdü qeyd edildi

Bu gün Yardımlı rayonunun Horonu kəndində şəhid Eminli Rüstəm Mais oğlunun mövlud günü qeyid edilib.

Mövlud günü ilə bağlı tədbirdə şəhidin ailəsi, kənd ağsaqqalları, Yarımdlı rayon İcra Hakimiyyətinin şəhid valideyinləri və qazilərlə iş şöbəsinin əməkdaşları, xeyiriyyəçi iş adamı Hacı Namiq, gənc şair Əlidsfə Əhməd oğlu, ətraf kəndlərdən gəlmiş qonaqlar AVMVİB-in Yardımlı rayon şöbəsinin üzvləri və sədri Mayılxan Əliyev iştirak etmiş, şəhidin məzarı üzərinə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar.

Tədbir iştirakçıları şəhidin qəhrəmanlığından, onun keçdiyi həyat yolundan danışmışlar. Sonra şəhidin ata ocağında ehsan süfrəsi açılmış və ehsan verilmişdir. Allah bütün şəhidlərimizi rəhmət etsin!

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-11-01-at-19-17-49

Whats-App-Image-2024-11-01-at-19-17-49-1

Whats-App-Image-2024-11-01-at-19-17-49-2

Whats-App-Image-2024-11-01-at-19-17-50

Whats-App-Image-2024-11-01-at-19-17-50-2

Whats-App-Image-2024-11-01-at-19-17-51

Whats-App-Image-2024-11-01-at-19-17-51-1

Bu xəbəri paylaşın: