31.10.2024
«Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələyə ciddi töhfə verməyi qarşısına məqsəd kimi qoyub. Bu məqsədlə də ölkənin gələcək inkişaf strategiyasında «yaşıl iqtisadiyyata» və » yaşın enerjiyə» keçid prioritet təşkil edir. Bununla da Azərbaycan həm qlobal iqlim dəyişikliyinə, həm də enerji sahəsinin şaxələndirilməsinə, qlobal, xüsusən də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasında ciddi rol oynamaq niyyətindədir. Azərbaycan bu sahədə böyük potensiala malikdir. COP29 konfransının Bakıda keçirilməsi də bu məqsədlərə xidmət edir. COP29 Azərbaycanın həm qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, həm də ölkəmizin gələcək inkişafına və yeni uğrulara imza ataraq güclənməsi baxımdan mühüm tarixi əhəmiyyət kəsb edir. Nəticədə Azərbaycan qarşısına qoyduğu növbəti hədəflərə nail olmaqla qlobal proseslərdə daha ciddi aktor rolunda çıxş etməklə beynəlxalq miqyasda daha nüfuzlu ölkələrdən birinə çevriləcək. Təbii ki, bunu Azərbaycanı gözü götürməyən və düşmən qüvvələr gördüyündən onları ciddi naraaht edir».
Deputat bildirib ki, son vaxtlarda Fransa, Ermənistan, erməni lobbisinin təsiri altında olan Qərbdəki dairələrin Azərbaycan qarşı başlatdığı çirkin kampaniyanın kökündə də bu dayanır:
«Baxmayaraq ki, Azərbaycan əsas hədəfi COP29-dan faydalanmaqla bütövlükdə Cənubi Qafqaz və qonşu regionların sıx əməkdaşlığına, ümumi inkişafına nail olmaqdır. Azərbaycan hər zaman bəyan edib ki, qlobal problemlərin həlli yalnız beynəlxalq aləmin həmrəyliyi və birliyi nəticəsində mümkündür. Ona görə də Azərbaycan COVID-19 pandemiyası zamanı olduğu kimi qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə də bu prinsipə üstünlük verir. Lakin təəssüflər olsun ki, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəni özünün prioriteti hesab edən Avropa ölkələri bəyan etdikləri prinsiplərə qarşı çıxırlar. Qlobal problemlərdən də öz cılız maraqlarının təmin olunması naminə siyasi alət kimi istifadə edirlər. Müasir tarixdə Qərbin beynəlxalq və Avropa strukturlarını bir siyasi təzyiq vasitəsi seçirlər. Fransa və digər anti-Azərbaycan qüvvələrin Avropa Parlamentindən qlobal problemin həllinə töhfə verməyə çalışan ölkəmizə qarşı məkrli oyunlarını reallaşdırmaq istiqamətində siyasi təzyiq aləti kimi istifadə etməyə cəhdi də bunun bariz nümunəsidir.
Avropa Parlamentinin oktyabrın 24-də Azərbaycanla bağlı qəbul etdiyi kağız parçasında ölkəmizə qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər bunun əyani sübutudur. Bəzi Qərb ölkələrinin belə bir mövqe sərgiləməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik, daxili işlərinə müdaxiləyə cəhdi olmaqla yanaşı, bölgədə yenidən müharibənin alovlandırılmasına və bununla da qlobal iqlim dəyişkiliyi ilə bağlı effektiv mübarizənin qarşısını almağa yönəlib. Bu qüvvələrin son 30 ildə Azərbaycana qarşı sərgilədiyi mövqe hamıya bəllidir. Bu qüvvələr Azərbaycanın ən çətin dövrlərində öz məkrli niyyətlərini diqtə edə bilmdilərsə, son illərdə davamlı uğurlara, qələbələrə imza atan ölkəmizə qarşı cəhdləri də nəticə verməyəcək. Azərbaycan belə çirkin oyunların olacağını gözləyirdi və bu oyunları iflasa uğratmağa da hazırdır. Cənab Prezident İlham Əliyevin liderliyi altında bu qüvvələrin bütün çirkin, məkrli oyunları məğlubiyyətə uğradıldığı kimi bundan sonra da iflasa uğradılacaq. Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olub yeni uğurlara imza atacaq. Sonunda indiyədək olduğu kimi yenə uduzan tərəf onlar və bir də dəstəklədikləri Ermənistan olacaq.
Bir də bu qüvvələr Gürcüstandakı son seçkilərdən nəticə çıxarsalar daha yaxşı olar».