06.11.2024-cü il tarixində AVMVİB-nin İsmayıllı rayon şöbəsinin nümayəndələri, Ailə, Qadın və Uşaq Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Zəfər bizimdir” adlı tədbirdə iştirak etmişdir. Tədbirdə Qarabağ müharibəsi veteranları, müəllim və şagirdlər iştrak etdilər.
Tədbiri giriş sözü ilə mərkəzin müdürəsi Əliyeva Lətifə açdı. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları çıxış edərək döyüş xatirələrini bölüşdülər. Məktəblilər şer və musiqi ilə tədbirə rəng qatdılar. Mərkəzin rəhbərliyi veteranlara hədiyyələr təqdim etmiiş və sonda xatirə şəklləri çəkdirilmişdir. Mərkəzin rəhbərliyinə və kollektivinə AVMVİB-nin İsmayıllı rayon şöbəsi adından təşəkkürümüzü bildiririk.
AVMVİB Mətbuat xidməti
AVMVİB-nin İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimli