Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi bu gün Neftçala rayon Bankə qəsəbəsindəki S. Vurğun adına 2 saylı tam orta məktəbin Zəfər bayramı – 2024 ci il adlı tədbirin qonağı oldu. Məktəbin 2-b sinfinin müəllimi Gülnarə Hüseynova şagirdləri ilə hazırladığı Qələbə rəqsində AVMVİB-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynovu da kompozisiyaya əlavə edərək gözəl bir göstəriş sərgilədilər. Neftçala rayon Bankə qəsəbəsindəki S. Vurğun adına 2 saylı tam orta məktəbin həyətində digər siniflər də Zəfər günü ilə əlaqədar rəqs edib və şeirlər söylədilər. Məktəbin 2-b sinfinin müəllimi Gülnarə Hüseynova şagirdlər ilə bərabər Bankə qəsəbəsindəki Şəhidlər kompleksinə gələrək şəhidlərin önündə sayqı duruşu və ruhuna dualar oxundu. Sonda xatirə şəkli çəkildi.
AVMVİB Mətbuat xidməti
Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Veteran az” qəzetinin Şirvan-Salyan regional muxbiri