AVMVİB Yasamal rayon şöbəsinin kollektivi Zəfər Bayramı günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yasamal rayon şöbəsinin kollektivi Zəfər Bayramı münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhidlərin məzarı önünə gül-çiçək dəstələri düzmüş, canlarını fəda etmiş Vətən fədailərinin ruhuna dualar oxumuşlar.
Qeyd edək ki, videoçarxdan da göründüyü kimi, şəhidlərimizi ziyarət edən veteranlarımız onları öz doğma övladlarından ayrı hesab etmədən onalrın məzarlarına qulluq etmişdir. Bu təsirli səhnə bir daha onu göstərir ki, şəhdilər bizim xalqımızın milli-mənəvi dəyəridir və hər bir vətəndaşımız onları öz qəlbində əbədi yaşadacaqdır.

AVMVİB Mətbuat xidməti
AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov

Bu xəbəri paylaşın: