Azərbaycan Vətən Müharibəsinin Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin kollektivi Böyük Zəfərdən sonra Şuşa şəhərinə səfər edib. Bu ziyarət çərçivəsində müharibə veteranlarımız, Azərbaycan xalqının milli qürurunun simvolu olan Şuşa şəhərinin azad olunmasını daha yaxından hiss etməklə yanaşı, canından keçən şəhidlərimizi yad etmək, onların xatirələrini əbədiləşdirmək və möhtəşəm Zəfərimizin tarixi reallığını daha yaxından duymaq məqsədi ilə yanaşı, həm də, bu şəhərin Azərbaycanın tarixi və mədəniyyəti üçün xüsusi əhəmiyyət daşıdığına görə, bir araya gəlmişlər.
AVMVİB Mingəçevir şəhər şöbəsinin kollektivi, bu səfər çərçivəsində Böyük Zəfərin mənəvi zənginliyini, həmçinin işğaldan azad edilmiş torpaqların daşıdığı milli əhəmiyyəti bir daha dərk edərək müstəqilliyin simvolu olan bu torpaqlara böyük məhəbbət və sevgi ilə yanaşdıqlarını qeyd etmişlər.
AVMVİB Mətbuat xidməti