“Sülh müqaviləsinin bağlanması üçün Ermənistan Konstitusiyasını dəyişməlidir” — VİDEO

06.12.2024

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi sözsüz ki, bağlanacaq. Amma bu müqavilənin bağlanması üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.”- bu fikirləri Baku TV-nin efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili əlavə edib ki, bu müqavilənin bağlanması üçün Ermənistan Konstitusiyası dəyişməlidir.

“Bundan əlavə Ermənistan Azərbaycanlılar öz ata- baba yurdlarına qayıtması üçün zəmanət verməlidir. Ermənistan əsas şərtləri yerinə yetirsə sülh müqaviləsi bağlanacaq” -deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda:

Bu xəbəri paylaşın: