AVMVİB Zəngilan rayon şöbəsi şəhid anasını ziyarət etmişdir

15 yanvar 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zəngilan rayon şöbəsi Sumqayıt şəhərində şəhidimizin anası, Sima ananı ziyarət etmişdir. Ziyarətdə AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, sədr müavini Zakif Abbasov və şöbənin fəal üzvləri iştirak etmişlər.

Sima ana ilə hal-əhval tutduqdan sonra şəhidimizin döyüş yolu barədə söhbət aparılmış, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev şəhidimizlə eyni döyüşdə olduğunu bildirəndə Sima ana çox sevinmişdir.

Daha sonra şəhid anasına üzərində şəhidimizin şəkli olan «ŞƏHİD ANASI» döş nişanını və AVMVİB Zəngilan rayon şöbəsinin Fəxri Fərmanını təqdim olunub.

Qeyd edək ki, Əhmədov Vasif Nüsrət oğlu Rəbənd kəndində anadan olub. 1981-91-ci illərdə Alıbəyli kənd orta məktəbini bitirib. 1992-ci ilin mayında səfərbərliyə alınaraq hərbi xidmətə aparılıb. Bartaz kəndinin ərazisində — Şükrətaz yüksəkliyini qoruyan bölmənin tərkibinə daxil edilib. Zəngilan rayonu işğal edildikdən sonra, 1993-cü ilin dekabr ayının 15-də Füzuli rayonunun müdafiəsinə göndərilib. 1994-cü il yanvarın 15-də Füzulinin Seyidəhmədli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.
Ruhuna şad olsun!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-01-15-at-19-36-07

Whats-App-Image-2025-01-15-at-19-36-12

Whats-App-Image-2025-01-15-at-19-36-12-1

Whats-App-Image-2025-01-15-at-19-36-12-2

Whats-App-Image-2025-01-15-at-19-36-15

Bu xəbəri paylaşın: