Şəhid Məhəmməd Nəbiyevin Anım Günü qeyd olundu

Ağdaş rayonunun Orta Ləki kəndində şəhid Məhəmməd Nəbiyevin anım günü münasibətilə tədbir keçirilib. Anım Günü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Ağdaş rayon şöbəsinin təşəbbüsü və iştirakı ilə keçirilmişdir. Tədbirdə Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi ehtiramla anılıb, onların ruhuna dualar oxunub.

Tədbir zamanı şəhidin həyat və döyüş yolu, eləcə də Birinci Qarabağ müharibəsində xalqımızın qarşılaşdığı çətinliklər haqqında danışılıb. AVMVİB Ağdaş rayon şöbəsinin sədr müavini Əflatun Məmmədovun çıxışından sonra məktəblilər şəhidlərin qəhrəmanlıq dolu obrazlarını səhnədə nümayiş etdirərək, onların xatirəsinə həsr olunmuş çıxışlar ediblər. Tədbirdə şəhidlərin xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı bir daha vurğulanıb.

Anım mərasimində şəhidin ailə üzvləri, həyat yoldaşı, qardaşı, təhsil işçiləri, icra nümayəndələri, bələdiyyə təmsilçiləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri yer alıb.

Allah rəhmət etsin!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-01-14-at-10-02-11

Whats-App-Image-2025-01-14-at-10-06-19

Whats-App-Image-2025-01-13-at-23-25-27-1

Bu xəbəri paylaşın: