AVMVİB İdarə Heyətinin qərarlarına laqeydlik nə ilə nəticələnə bilər? — NTK sədri Niyazi Quliyevlə müsahibə

Veteran.az saytı  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Quliyev Niyazi Məmməd oğlundan müsahibə almışdır. Müsahibə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəaliyyətinin qiymətləndirilməsi və qənaətbəxş fəaliyyət göstərməyən şöbələrin müəyyən edilməsi ilə əlaqədar monitorinqin nəticələrinə həsr olunmuşdur.

Xoş gördük, hörmətli Niyazi müəllim, ilk suala bununla başlamaq istərdim. Hal-hazırda AVMVİB-in şöbələrinin sayında artım varmı?

Xoş gününüz olsun!
Bəli, işğaldan azad olunmuş bir çox şəhər və rayonlarımızda artıq AVMVİB-in şöbələri fəaliyyət göstərir. AVMVİB rəhbərliyinin həmin regionlara səfəri çərçivəsində müvafiq yerli icra hakimiyyəti orqanları ilə işgüzar görüşləri nəticəsində həmin şəhər və rayonlarda fəaliyyət göstərən AVMVİb şöbələri müvafiq inzibati bina və zəruri kommunikasiya ilə təmin edilmişdir. Hazırda AVMVİB rayon və şəhər şöbələrinin ümumi sayı 78-ə çatmışdır. 

Bəs, ümumi götürsək, bütün şöbələrin ofisləri qənaətbəxşdir?

Demək olar ki , AVMVİB rayon və şəhər şöbələrinin ofisləri məhdud haldadır, yerlərinin olmaması onların fəaliyətinə mənfi təsir göstərir. Bir çox şöbələr üzvülərin köməkliyi ilə  icarə yerləri götürərək öz fəliyətini həyata keçirir.Dəfələrlə yerli İcra Orqanlarına və keçmiş Əmlak Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə  məktubla müraciət etsəkdə bu baradə köməklik göstərilməmişdir. Bu hal «Veteranlar haqqında»  Qanununun 8-ci maddəsində aşkar göstərilib: “Dövlət orqanları veteran təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərirlər”. Yaxud da 10-cu maddədə deyilir: «Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binaları, avadanlığı və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər.

 Şöbələrin maddi vəziyyəti haqqında nə deyə bilərsiniz?

Qeyd etməliyəm ki, AVMVİB bütün şöbələr öz fəaliyətini ictimai əsaslarla həyata keçirir və bu onların ən böyük fədəkarlığıdır.Heç bir təməna güdmədən şəhid ailələrinə, əlilərə, müharibə veteranlarına öz hesablarına köməklik göstərirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işgalçılarına qarşı döyüşmüş 44 günlük Vətən Müharibsi iştirakçıları AVMVİB-ə üzv qəbul edilirlər və bununla bağlı onlara üzvlük vəqisəqi təqdim edilir və bu prosesin həyata keçirilməsi müqabilində də heç bir ödəniş nəzərdə tutulmur.

Fəaliyyəti zəif olan şöbələr müəyyən olunubmu? Olunubsa, adlarını qeyd etməyiniz məqsədəuyğun olardı.

Bəli, müəyyən olunmuşdur. Buna misal kimi Qobustan, Astara, Ağsu, Şabran, Lerik rayon şöbələrini göstərmək olar.

Şöbələrin başqa təşkilatlarla əməkdaşlığı haqqında ümumi məlumat verməyinizi xahiş edirədik

AVMVİB-in şöbələri prinsip etibarı ilə başqa qurumlarla əməkdaşlıq edə bilərlər və aralarında bununla bağlı birgə əməkdaşlıqla bağlı müqavilə bağlaya da bilərlər. Lakin onların fəaliyətini şöbədə icra edilməsi, AVMVİB Nizamnaməini IV bəndinin 4.3-cü maddəsinə ziddir. (Birliyin numayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir).
Yəni, əgər təşkilatın üzvü İctimai Birlikdə vəzifə daşıyırsa o başqa qurumda üzv ola bilməz, həmən şəxs tutduğu vəzifədən Ərizə yazaraq çıxdıqdan sonra başqa təşkilatda üzv ola bilər.

Şöbələr tərəfindən üzvülük vəsiqəsinin verilməsi halları baş verirmi?

Bu hal 2021-ci il ərzində müşahidə edilmişdir və həmin şöbə haqqında ciddi ölçü götürülmüşdür. Bir daha qeyd etmək iştəyirəm ki, şöbə tərəfindən üzvülük və ya fəxri üzv vəsiqəsi verilə bilməz.

 Hər hansı şöbə sədri fəaliyyətsizlik göstərdikdə necə əvəz olunmalıdır?

Fəaliyətsiz şöbələr haqqında üzvlər tərəfindən müraciət edilməsini və həmən şöbə sədrlərinin yenisi ilə əvəz edilməsi daha məqsədə uyğun olardı. Şöbənin fəaliyyətsizliyi təsbit olunarsa, AVMVİB Nizamnaməsinin IV bəndinin 4.1 maddəsinə əsasən, həmin şöbə sədri yenisi ilə əvəz edilə bilər.

Saytların saxlanılması ilə bağlı AVMVİB İdarə Heyətinin qərarı ilə əlaqədar necə icra edilir və ödəniş etməyən şöbələr haqqında hansı zəruri tədbirlər görülür?

Məlumat üçün bildirim ki, AVMVİB İdarə Heyətinin Qərarları şöbələr tərəfindən icrası ilə əlaqədar bu il, 2025-ci ildə 2024-cü ilin yekunu ilə bağlı məlumat verilmişdir. 2023-cü ilin göstəricilərinə əsasən, 2024-cü ildə 20% irəliləyiş olmuşdur. “Fədai.az”, “Veteran.az” saytlarının saxlanılması üçün nəzərdə tutulan məbləğdə aylıq ödəniş etməyən şöbələr AVMVİB sədinin adına izahat təqdim etməlidirlər. Ümumiyyətlə, AVMVİB İdarə Heyətinin qərarlarına laqeydlik hallarının qarşısının alınması üçün şöbə sədri tutduğu vəzifədən azad edilməli və yenisi ilə əvəz olunmalıdır.

2025-ci ildə bu istiqamətdə görüləcək işlər haqqında da qısa məlumat verərdiniz.

2025-ci ildə bütün şöbələrin fəaliyyəti il böyunca AVMVİB NTK tərəfindən təşkilatı və maliyyə vəziyyəti təftiş ediləcəkdir.Fəaliyyəti zəif olan şöbələrin işləməsi üçün köməklik göstəriləcəkdir.

Müsahibəyə görə sizə minnətdarlığımı ifadə edirəm.

Müsahibəni apardı
Nurlan Məmmədli

Bu xəbəri paylaşın: