Qarabağa rus əsgərlərinin hücumu

digər komandanları kimi Sisianov da Gəncə və İrəvan uğrunda döyüşlərin nəticələri barəsində məlumat verərkən ənənəyə sadiq qalaraq öz itkilərini dəfələrlə azaltmış, qarşı tərəfin itkilərini isə qat-qat artıq göstərmişdir. Heç şübhəsiz ki, burada Sisianovun özünün də “şəxsi keyfiyyətləri”, o cümlədən, guya tədbirli bir general kimi özünü çarın nəzərində fərqləndirmək istəyi də az rol oynamamışdır».

Məqalədə deyilir: «Qacarlara İran taxtının varisi Abbas-Mirzə, rus qoşunlarına isə polkovnik Pavel Karyagin komandanlıq edirdi.

Qüvvələr həddən artıq qeyri-bərabər idi, lakin rus dəstəsi knyaz Sisianovun komandanlığı altında əlavə qüvvələri gözləyərək düşmənin bütün hücumlarını dəfələrlə dəf etdilər.

Canlı körpü

Ərazilər mürəkkəb relyefə malik idi: Ətraf arxlarla, təpələrlə və alçaq dağlarla əhatələnirdi. Belə bir şəraitdə hərbi əməliyyatlar aparmaq asan deyildi.

Imperial Russia and the Caucasus | Weapons and Warfare

Döyüşün qızğın vaxtında rus topçuları düşmənə daha yaxın mövqe tutdular, lakin əsgərlərin yolu üzərində geniş bir dərə var idi. Maneədən keçmək və ya keçid tikmək mümkün deyildi — kifayət qədər material və vaxt yox idi.

Əsgərlərin fərasəti və fədakarlığı kömək etdi. Silahları daşımaq və atları keçirmək üçün artilleriyaçılar xəndəkdə uzandılar. Topları üstlərindən keçirəndə ağrıdan qışqıran canlı insanların hayları gəlirdi. Beşcildlik üçün «Кавказская война» (“Qafqaz müharibəsi”) kitabının müəllifi general Vasili Pottonun dediyinə görə, xəndəyin çox hissəsi silahla dolu idi və hər iki tərəfdən əsgərlər bir növ “körpü”yə çevrilmişdilər.

Bundan sonra, hər şey düzəldi. Topçular maneəni keçərək düşmənə sarsıdıcı zərbələr endirməyə nail oldular və döyüşdə qalib gəldilər.

Müharibə (fasilələrlə) 1813-cü ilə qədər davam etdi və Gülüstan sülhü ilə başa çatdı. Bu müqaviləyə əsasən Rusiya Zaqafqaziyanın əhəmiyyətli bir hissəsinə sahib oldu və Xəzərdə donanma yerləşdirmək hüququ əldə etdi.

Məğlub olmaqdan əl çəkməyən iranlılar bir neçə il sonra, 1826-cı ildə yeni müharibəyə başladılar və bu müharibəni də uduzdular».

Bir faktı da qeyd edim ki, bizim Azərbaycan variantı Vikipediyalar da nədənsə elə bu rus yalanlarını «bəh-bəhlə» təqdim edirlər.

…Bakıya nəzarət etmək niyyətində olan Sisianov 1806-cı ilin əvvəlində oranı mühasirəyə aldı və qalanın ruslara verilməsi barədə Bakı xanı Hüseynqulu söz verdi. 1806-cı il fevralın 8-də Bakının dinc yolla təslim edilməsi mərasimi keçirilməli idi. Polkovnik-leytenant knyaz Elizbar Eristov və bir kazakın müşayiəti ilə Sisianov şəhərin divarlarına doğru irəlilədi. Xan ona açarları verəndə xanın yaxın adamlarından olan İbrahim bəy tapançadan qəfil atəş açaraq Sisianovu öldürdü. Knyaz Eristov da öldürüldü. Sisianovun başını kəsən xan və nökərləri onun başını özləri ilə götürüb şəhərə sığındılar. Komandirini itirən kiçik rus ordusu geri çəkilməyə məcbur oldu. Hüseynqulu xan Sisianovun kəsilmiş başını Qacar şahına göndərdi…

Amma artıq gec idi. Rus əsgərinin «sapoqları» bu müqəddəs ölkəni murdarlamışdı…

Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: