«Kəlbəcər Batalyonu» şəhidlərinin anım günü keçirildi

15 fevral 2025- cil tarixdə AVMVİB-in Kəlbəcər rayonu şöbəsi və QMƏVŞAİB-nin təşkilatçılığı ilə Gəncə şəhərində «Kəlbəcər Batalyonu» şəhidlərinin anım günü keçirildi.
Yığıncaqda döyüşçülər və şəhid ailələri iştirak edirdi. Yığıncaqda həmin taborun yaradılması və onun döyüş yolları haqqında danışılmış, həmçinin döyüşlərdə həlak olmuş şəhidlər haqqında geniş xatirələr yada salındı.
«Kəlbəcər Batalyonu» oktyabr 1991- ci il tarixdə yaradılmağa başlanmış və 809 saylı Əlahiddə Batalyon adlanmış və Kəlbəcərin müdafiəsini təşkil etmişdir. Sonralar may 1992 ildən sonra 701 saylı h/ h- nin tərkibində 712 saylı tabor(«Kəlbəcır Batalyonu»), sonra isə 3-cü tabor adı altında Kəlbəcər, Ağdərə, Laçın, Murovdağ, Füzuli, Ağdam, Tərtər uğrunda aparılan döyüşlərdə cəsarətlə iştirak etmiş, itkilər vermiş, şərəfli bir döyüş yolu keçmişdir.
Taborun döyüş yolu haqqında Akif Kamalın «Kəlbəcər Batalyonu və Əfsanəvi Alay» və Balay Nəsibovun «Murovda qalan izlər» kitabları da təqdim edilmişdir.

Whats-App-Image-2025-02-16-at-20-36-53-1

Whats-App-Image-2025-02-16-at-20-36-53-2

Whats-App-Image-2025-02-16-at-20-36-54

Whats-App-Image-2025-02-16-at-20-36-54-1

Whats-App-Image-2025-02-16-at-20-36-54-2

Bu xəbəri paylaşın: