Heç kim unudulmur, heç nə yaddan çıxmır!

19 fevral 2025 ci il. Bu gün Şəhidimiz, Zəngilan rayon Rəbən kənd sakini Məmmədov Səhiyyəddnin Vaqif oğlunun 50 yaşı tamam oldu. Bu münasibətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və sədr müavini Zakif Abbasov, Rəbən kənd sakini Rövşən Məhərrəmovun iştirakı ilə Şəhidimizin evində olduq, Şəhidimizin anası Səfərova Firayə Alməmməd qızını ziyarət etdik. Görüş əsnasında Şəhidimizin keçdiyi döyüş yolundan, Şəhidimizin anasının yaşayışından maraqlı söhbət etdik. Sonra Şəhidimizin anasına AVMVİB Zəngilan rayon şöbəsinin hazırladığı Şəhid Anası döş nişanını AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və AVMVİB Zəngilan rayon şöbəsinin Fəxri Fərmanı və Azərbaycan Bayrağını sədr müavini Zakif Abbasov təqdim etmişlər.
Xatırladaq ki, Şəhid Məmmədov Səhiyyəddnin Vaqif oğlu 4 Yanvar 1994 cu ildə Füzuli rayonunun ərazilərini işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhid olub, İmişlidə morqda şəkili var, lakin hal hazırda itkinlər siyahısındadır. Məzarsız Şəhidlərimizdəndir.
Allah rəhmət iləsin, inşallah tezliklə onun da nəşi tapılıb ailəsinə təhfil verilər.
Ruhun şad olsun Şəhidim.

AVMVİB Zəngilan rayon şöbəsinin sədri: Azad Musayev

Whats-App-Image-2025-02-19-at-15-03-59

Whats-App-Image-2025-02-19-at-15-03-59-1

Whats-App-Image-2025-02-19-at-15-04-00

Whats-App-Image-2025-02-19-at-15-04-00-1

Whats-App-Image-2025-02-19-at-15-04-01

Whats-App-Image-2025-02-19-at-15-04-01-1

Whats-App-Image-2025-02-19-at-15-04-01-2

Whats-App-Image-2025-02-19-at-15-04-02

Whats-App-Image-2025-02-19-at-15-04-02-1

Whats-App-Image-2025-02-19-at-15-04-02-2

Whats-App-Image-2025-02-19-at-15-04-47

Bu xəbəri paylaşın: