Təbrik: Köçəri Bədəlov — 60

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəzarət-Təftiş Komissiyasının üzvü, müharibə veteranı Bədəlov Köçəri Suca oğlunun bu gün doğum günü yubileyidir. Fevral ayının 18-də onun 60 yaşı tamam olur.

Bədəlov Köçəri Suca oğlu əfsanəvi Şıxov batalyonunun ilk könüllü döyüşçülərindəndir. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə şücaətlə vuruşmuş, cəsarəti və döyüş bacarığı ilə silahdaşları arasında böyük hörmət qazanmışdır. O, Vətən sevgisini hər şeydən üstün tutaraq, torpaqlarımızın müdafiəsi naminə fədakarlıqla mübarizə aparmışdır.

Köçəri Bədəlov təkcə döyüş meydanında deyil, həm də müharibədən sonra veteranların hüquqlarının qorunması, gənc nəsilə vətənpərvərlik ruhunun aşılanması istiqamətində də fəal ictimai fəaliyyət göstərmişdir. O, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində (AVMVİB) çalışaraq, döyüş yoldaşlarının problemlərinin həllində yaxından iştirak etmiş, onların rifahı üçün əlindən gələni əsirgəməmişdir.

Qəhrəmanımızın keçdiyi şərəfli yol bütün gənclərimiz üçün bir örnəkdir. O, Azərbaycan torpaqlarının qorunmasında, ölkəmizin müstəqilliyi və bütövlüyü uğrunda apardığı mübarizədə əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan xalqı onun kimi igid oğulları ilə fəxr edir!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Bədəlov Köçəri Suca oğlunu Fəxri Fərmanla təltif edərək onu təbrik edir, uzun ömür, cansağlığ arzulayır.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-02-18-at-15-19-07

Whats-App-Image-2025-02-18-at-15-19-07-1

Whats-App-Image-2025-02-18-at-15-19-08

Whats-App-Image-2025-02-18-at-15-19-08-1

Whats-App-Image-2025-02-18-at-15-19-08-2

Bu xəbəri paylaşın: