Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndlilər “Yeni Qaradağlı” qəsəbəsində Qaradağlı faciəsinin ildönümü münasibətilə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Ziyarətdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
AVMVİB-in Mətbuat xidməti
Elçin Qədirov








