Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsində bir qrup müharibə veteranına AVMVİB-in üzvlük vəsiqələri təqdim edilib. Tədbir zamanı yeni üzvlər sırasında Temurov Kamil İlyas oğluna AVMVİB Beyləqan Rayon Şöbəsinin fəxri üzvü vəsiqəsi təqdim olunub.
44 günlük Vətən müharibəsində iştirak etmiş həkim Azadov Fazil Allahverdi oğluna AVMVİB Beyləqan rayon şöbəsinin üzvü vəsiqəsi verilib.
Bundan əlavə, Fərmanzadə Zahir Salman oğluna isə AVMVİB-in Beyləqan rayon sədr müavini vəsiqəsi təqdim edilib.
Tədbir çərçivəsində müharibə veteranlarının Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
AVMVİB Qarabağ Bölgə müxbiri Elçin Qədirov



