Qazi Hacı Həsən 55 illik yubileyi ilə əlaqədar təltif edildi

28 aprel 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) ofisində qazi Hacı Həsənin 55 illik yubileyi münasibətilə tədbir keçirildi. AVMVİB sədri Füzuli Rzaquliyevin təşəbbüsü ilə baş tutan görüşdə AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB-in təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurahmanov, AVMVİB Nəzarət-Təftiş Komissiyasının sədri Niyazi Quliyev, sədr müavini İslam Səfərov və AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev iştirak etmişlər.

Füzuli müəllim və digər görüş iştirakçıları qazi Həsən qardaşımıza gördüyü işlərə görə təşəkkürlərini bildirərək, ona xoş arzularını çatdırdılar. Qazi Hüseynov Həsən Xalıqverdi oğlu 55 illik yubileyi münasibətilə AVMVİB sədri Füzuli Rzaquliyev tərəfindən Fəxri Fərmanla təltif olundu. Görüş çay süfrəsi ətrafında davam etdirildi.

Biz də AVMVİB Zəngilan rayon şöbəsi olaraq Həsən qardaşımızı bir daha təbrik edir, ona sağlam can və uzun ömür arzulayırıq.

AVMVİB Mətbuat xidməti
AVMVİB Zəngilan rayon şöbəsinin sədri
Azad Musayev

Bu xəbəri paylaşın: