Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsi olaraq Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində Seyid Həsənağanın nəticəsi, Şəhid Mehdiyev İsmayılın ailəsini ziyarət etdik. Ziyarət məqsədimiz Şəhidimizin qardaşı Timurçinin ad günü ilə bağlı idi. Ziyarətdə AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, sədr müavinləri Zakif Abbasov, Qorxmaz Nəsirov, Zülfü Həsənəliyev iştirak edirdi. İlk öncə səbəbkar Timurçin balanı ad günü münasibətilə təbrik edik, uğurlar arzuladıq. Sonra çay süfrəsi ətrafında, şəhid İsmayıl haqqında xatirələrimizi bölüşdük, Timurçinə uğurlarımızı arzuladıq Azərbaycan Bayrağınıi səbəbkara təqdim etdik və AVMVİB Zəngilan rayon şöbəsinin hazırladığı Şəhid Anası döş nişanını Şəhidimizin anası Natavan xanıma təqdim etdik.
Allah Şəhidimizə rəhmət eləsin.
Timurçin balamıza sağlam can, uzun ömür, Vətənimizə layiqli övlad olsun.
AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev



