AVMVİB Balakən rayon şöbəsi bir qrup tibb işçisini təltif etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Balakən rayon şöbəsi Balakən Rayon Mərkəzi Xəstəxanasında çalışan bir qrup tibb işçisini müharibə veteranlarına, qazilərə və şəhid ailələrinə göstərdikləri diqqət və xidmətə görə Fəxri Fərmanla təltif edib. Təltifetmə mərasimində AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev çıxışında qeyd etmişdir ki, müharibə veteranlarının, qazilərin, şəhid ailəsi üzvlərinin və sağlamlıq imkanı məhdud müharibə iştirakçılarının tibbi ehtiyaclarının qarşılanması, onların diqqət və hörmətlə qarşılanması həkim etikası ilə yanaşı, vətəndaşlıq borcudur. Balakən rayon tibb işçilərinin bu məsuliyyətli yanaşması isə cəmiyyətimiz üçün nümunəvi bir davranışdır.

Göstərdikləri diqqət və qayğıya görə, Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva, Baş həkim Günel Xəlilova, cərrah Herayev Məhəmməd, terapevtlər Mustafayeva Könül və Bayramova Rahilə, cərrah İskəndərov İbrahim, həkim Usdayeva İlahə, həmçinin tibb bacıları Alqayeva Həvva və Novruzova Əsiyət Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Balakən rayon şöbəsi tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.

Qeyd edək ki, AVMVİB rəhbərliyi hər zaman bəyan etmişdir ki, bu səpkidə təşəbbüslər, şəhid ailələri ilə müharibə veteranlarının rifahı üçün çalışan şəxslərin fəaliyyəti daim yüksək qiymətləndiriləcəkdir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-07-14-at-19-31-47

Whats-App-Image-2025-07-14-at-19-31-48

Whats-App-Image-2025-07-14-at-19-31-48-1

Whats-App-Image-2025-07-14-at-19-31-49

Whats-App-Image-2025-07-14-at-19-31-49-1

Whats-App-Image-2025-07-14-at-19-31-50

Whats-App-Image-2025-07-14-at-19-31-51

Whats-App-Image-2025-07-14-at-19-31-51-1

Bu xəbəri paylaşın: