2023-cü ilin sentyabr ayında ölkəmizin suverenliyi uğrunda həyata keçirilən antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan kapitan Həmid Həmidlinin mövlud gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH başçısının müavinləri, şöbə müdirləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, AVMVİB sədr müavini Akif Həsənov, Beyləqan rayon sədri Əlövsət Məmməd iştirak etdilər.
Əvvəlcə Dövlət himni səsləndirildi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə çıxış edənlər şəhid kapitan Həmid Həmidlinin valideynlərinə övladlarının döyüş yolundan, vətənpərvərliyindən, onun daim xalqına və dövlətinə sədaqətlə xidmət etdiyindən bəhs ediblər. Qəhrəman şəhidimizin döyüş xatirələri tədbir iştirakçıları ilə bölüşülüb.
Elçin Qədirov
AVMVİB Qarabağ bölgə müxbiri






