Şəhid oğlu atasının məzarını bərpa etdi

Bu gün xoş bir xəbər aldım. 1992 ci il 10 dekabır Zəngilan rayon dardan Yuxarı kəndlərinə erməni hücumunun qarşısını alarkən qəhrəmancasına döyüşərək Şəhid olan, kəşfiyyat bölüyünün komandiri, ölümündən sonra Azərbaycan Bayrağı Ordeni ilə təltif olunan Şəhid Adil Əmrah oğlu Rüstəmovun qəbirüstü abidəsi oğlu Rüstəmov Ziya tərəfindən düzəldilmiş qəbirin ətrafı abadlaşmışdır. Adil qardaşımızın məzarı Zəngilan şəhər qəbirstanlığında yerləşir. 27 il işğalda olan Zəngilan rayonundakı bütün qəbirlər kimi şəhid Adil Rüstəmovun da qəbri erməni vandalları tərəfindən dağıdılmışdır. 2020 ci ildə İşğaldan azad olunan Zəngilan rayonunda yerləşən Şəhidlər Xiyabanı Dövlət hesabına bərpa olsada müxtəlif qəbiristanlıqlarda olan Şəhid məzarları hələ ki düzəlmədiyinə görə Şəhidimizin oğlu Ziya atasının məzarını düzəltməyi özünə borc bilərək öz vəsaiti hesabına Adil Rüstəmovn qəbir və qəbirüstü abidəsin hazırlayıb sahmana salmışdır. Başda Ziya Rüstəmov qardaşımız olmaqla, Bu işdə əməyi və zəhməti keçən hər kəsə təşəkkür edirəm Şəhidimizə və anasına Allahdan rəhmət diləyirəm.

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev

Bu xəbəri paylaşın: